BİZNES

13 Noyabr

Sony-nin mənfəəti bazar gözləntilərini geridə qoyub

Finss.az xəbər verir ki, Yaponiyanın Sony Group Corp. şirkəti ikinci maliyyə rübündə xalis mənfəətini illik müqayisədə 7% artıraraq bütün əsas göstəricilər üzrə bazar gözləntilərini üstələyib.

Şirkətin təqdimatına görə, iyul-sentyabr ayları üçün xalis mənfəəti 311,4 milyard yen (2,02 milyard dollar) təşkil edib ki, bu da bir il əvvəlki eyni dövrdəki 291,8 milyard yenlə müqayisədə çoxdur. Visible Alpha tərəfindən sorğu edilən analitiklər orta hesabla 278,5 milyard yen xalis mənfəət proqnozlaşdırıblar.

Sony şirkətinin son maliyyə rübündə əməliyyat mənfəəti 10% artaraq 429 milyard yenə çatıb.